WBA versiyası üzrə dünya çempionu, panamalı boksçu Gilyermo Gons ağır çəkidə dünya çempionu (WBO, WBA, İBO, İBF) Vladimir Kliçko ilə görüşmək niyyətindədir. Xatırladaq ki, bugünlərdə Panamada təşkil olunan təntənəli mərasimdə çempion kəməri Consa təqdim edilib. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Jurnalistin suallarını cavablandıran Gilyermo döyüşmək arzusunda olduğunu deyib. Lakin bu döyüş baş tutmaya bilər. Çünki Vladimir Kliçkonun növbəti döyüşü oktyabrın 5-də Moskvada olacaq. Həmin gün ukraynalı dünya çempionu bu titala iddialı olan rusiyalı Aleksandr Povetkinlə qarşılaşacaq.
Xatırladaq ki, Gilyermo Cons may ayının 17-də keçirdiyi döyüşdə rusiyalı Denis Lebedevi məğlub edərək WBA kəmərinə sahib çıxıb.
Qeyd edək ki, həmin qarşılaşma çox gərgin keçib. Birinci raundda sağ gözündən ciddi zədə alan Lebedev 11-ci raundda döyüşü dayandırıb. Zədəsinə görə xəstəxanaya yerləşdirilən Denis Lebedev bugünlərdə evə buraxılıb. Hazırda istirahət edən rusiyalı boksçu bir müddət rinqə çıxmayacağını bildirib.