Tanınmış boksçu Konor Mak Qreqor ilk növbədə əldə etdiyi idman uğurları ilə tanınır və sevilir. Lakin azarkeşələrin əksəriyyəti onun nəcibliyi, xeyriyyəçiliyi barədə heç bir şey bilmir.
İrlandiyalı boksçu, həm də xeyriyyəçiliklə məşğuldur. Lakin bu barədə danışmağı sevmir. Habib Hurmaqomedovla döyüşdən əvvəl Konor Mak Qreqor kiçikyaşlı xəstə oğlanın əməliyyatı üçün xəstəxanaya 10 min avro vəsait köçürüb. Bu barədə əməliyyat olunan uşağın anası özünün şəxsi tvitter hesabında məlumat verib: "Konor, biz sənə ömürümüzün axırına qədər minnərdar olacağıq. Övladımın səhhəti üçün etdiyin yaxşılığı heç vaxt unutmarıq. Sən həqiqətən əfsanəsən”.