Dünya çempionu həyatını itirdi

Dünya çempionu həyatını itirdi




Boks üzrə sabiq dünya çempionu Qrasiano Rokkicani avtomobil qəzasında həyatını itirib.

54 yaşlı almaniyalı veteran idmançı İtaliyada qəzaya uğrayıb.Boksçunun meneceri qəzanın təfərrüatını açıqlamayıb.
Qeyd edək ki, vaxtilə Qrasiano Rokkicani IBF (Beynəlxalq Boks Federasiyası), habelə WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu olub. O, peşəkar rinqdə keçirdiyi 48 döyüşdən 41-də qalib olub.