Boksçumuz Nurlan Səfərov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb - Video

Boksçumuz Nurlan Səfərov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb - Video



Azərbaycan boksçusu Nurlan Səfərov (60 kq) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Boksçumuz üçüncü yer uğrunda görüşdə misirli Marvan Mamdu Məhəmmədə qalib gəlib.
Digər boksçumuz Nicat Həsənov (69 kq) isə bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.