Həbibin çağırışı əks-səda doğurdu

Həbibin çağırışı əks-səda doğurdu




Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı idmançı Həbib Nurməhəmmədov Dağıstandakı gecə klublarını bağlamağı təklif edib.

Bu fikirlər Mahaçqalada Milli Qvardiyanın əməkdaşının qətlindən sonra səsləndirilib.
Tanınmış idmançı özünün şəxsi instqram səhifəsində həmyerlilərinə səslənib: "Sizdən soruşuram, bu gecə klubları bizim cəmiyyətimizə hansı xeyiri gətirir?”.
Başqa bir məşhur idmançı, sərbəst güləş üzrə Olimpiya çempionu Əbdülrəşid Sadulayev də onun sözlərinə şərh yazmaqla gecə klublarının bağlanması ideyasını dəstəkləyib. Hər iki idmançının çağırışına minlərlə insan qoşulub.
Xatırladaq ki, ötən gücə Mahaçqalada Milli Qvardiyanın əməkdaşı davanın qarşısını almağa çalışarkən atışmada həlak olub. Hadisə "Best” kafesininin girişində baş verib.
"RİA-Novosti” agentliyinin məlumatına görə, əlbəyaxa döyüş üzrə dünya çempionu qətldə şübhəli adam kimi saxlanılıb.