2019-cu ildə kişilər arasında boks üzrə dünya çempionatı Yekaterinburqda keçiriləcək. Bu barədə məlumatı Rusiya Boks Federasiyasının mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, federasiya bu qərarı Sverdlovsk vilayətinin təklifi əsasında qəbul edib. Yarışlar "Yekaterinburq-EKSPO” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.2017-ci ilin iyulunda Rusiyaya 2019-cu ilin dünya çempionatını təşkil etmək hüququ verilib. Əvvəlcə çempionatı Soçidə keçirmək planlaşdırılıb. Yekaterinburqda təşkil olunacaq boks üzrə dünya çempionatı 2019-cu ilin sentyabrına nəzərdə tutulub.