Belarusun paytaxtı Minskdə keçirilən usta boksçular arasında Avropa çempionatı başa çatıb. Oimpnews.az-a daxil olan məlumata görə, bu çempionatda ölkəmzi 2 boksçumuz təmsil edib. 91 kq-da çıxış edən Teymur Məmmədov (91 kq) rusiyalı Aleksey Eqorovla qarşılaşıb. Təmsilçimiz yarımfinalda sol əlindən zədələndiyindən, mübarizəni sona qədər davam etdirə bilməyib. Ən ağır çəkidə ölkəmizi təmsil edən boksçumuz Məhəmmədrəsul Məcidov London-2012-nin bürünc mükafatçısı Sergey Kuzminlə döyüşüb. Rinqdə rəqibinə aman verməyən Olimpiya mükafatçımız çempionatı Avropa çempionu kimi başa vurub.
Qeyd edək ki, təmsilçilərimizdən Salman Əlizadə (49 kq) və Elvin Məmişzadə (52 kq) yarımfinalda rəqiblərinə uduzaraq, bürünc medala layiq görülüblər.