Dəri əlcək ustalarımızın hazırlığı davam edir

Dəri əlcək ustalarımızın hazırlığı davam edir


Kişi boksçulardan ibarət Azərbaycan millisinin yeni ilin ilk təlim-məşq toplanışı davam edir.
Komandanın baş məşqçisi Vaqif Şirinovun məşqlərə dəvət etdiyi idmançıların funksional hazırlığının 80 faizini fiziki, 20 faizini isə taktiki-texniki təmrinlər təşkil edir. Məşqlərin yüksək səviyyədə davam etməsi üçün komanda və məşqçi heyəti üçün hər cür şərait yaradılıb. Təlim-məşqlərdə ölkə çempionatının finalçıları ilə yanaşı, məşqçilərin diqqətini cəlb edən gənc boksçular da iştirak edirlər.
Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq. Toplanış fevral ayında Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda təşkil olunacaq  beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.