Yeni bolidin təqdimatı keçirirlib

Yeni bolidin təqdimatı keçirirlib


Formula 1-in fransız "Renault” komandası 2019-cu il mövsümündə istifadə edəcəyi "R.S.19” indeksi altında özünün yeni avtomobilini təqdim edib.
Bolidin təqdimatı "Renault”un Britaniyanın Enstoun şəhərində yerləşən bazasında keçirilib. Yeni avtomobil, bütövlükdə, ötənilki rəngini qoruyub saxlayıb. Bolidin ön tərəfindəki aerodinamik qurğu qismən sadələşdirilərək Formula 1-in dəyişdirilmiş texniki reqlamentinə uyğun olaraq yaradılıb. Bu dəyişikliklər ötmə əməliyyatlarında şansların artırılması məqsədilə tətbiq edilib.
2018-ci il mövsümündə "Renault” Formula 1-in komanda hesabında dördüncü yeri tutub. Niko Hulkenberq 2019-cu ildə komandanın idman şərəfini qorumaqda davam edəcək, Karlos Saysın əvəzinə isə onun yeni ortağı - "Red Bull”dan gəlmiş Daniel Rikkardo yarışacaq.