Milli komandamızda yeni təyinat

Milli komandamızda yeni təyinat

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.
Artıq 58 yaşlı mütəxəssis Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.
Ə.İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada çalışıb. Ş.İmranov isə bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.
Qeyd edək ki, hazırda Etibar Abdullayev işini Vaqif Şirinovla birgə əsas yığmada davam etdirir.