Boksçularımız Ukraynada 6 medal qazanıb

Boksçularımız Ukraynada 6 medal qazanıb
 
Xarkovda Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yeddi ölkənin təmsil olunduğu yarışı komandamız 6 medalla başa vurub.
Turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 hesabı ilə qalib gəlib. Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışda üçüncü pillədə qərarlaşıblar.