Britaniyalı özünü dahi hesab edir

Britaniyalı özünü dahi hesab edir

Özünün məğlubedilməz hesab edən britaniyalı boksçu Tayson Fyuri yaxın günlərdə həmyerlisi Devid Heylə görüşəcək. Fyuri nəinki Devid Hey, hətta Vitali və Vladimir Kliçko qardaşları üzərində qələbə qazanacağına təm əminliyini bildirib. O deyib: "Devidi məğlub edə bilərəm. Çünki mən dahi boksçuyam. Əvvəlcə mən Devid Heyi nokaut edəcəyəm. Kliçko qardaşlarını da bu cür tale gözləyir. Sonra dünya çempionu kəmərinin birini xalam oğlu Hyu üçün hazırlayacağam ki, o, Mayk Taysonun rekordunu təzələsin və ağır çəkidə ən gənc çempion titulunu qazansın. Mənim planım belədir”.
Xatırladaq ki, Devid Hey - Tayson Fyuri qarşılaşması bu ilin avqustunda və ya payızın əvvəlində keçirilə bilər.