Kliçko turnirindən 5 medalla

Kliçko turnirindən 5 medalla

Ukraynanın Berdıçev şəhərində keçirilən Kliçko qardaşlarının şərəfinə həsr olunmuş gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub. Sayca 14-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medala sahib çıxıb. 91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib. 81 kq çəki dərəcəsində hər iki bürünc medalı Azərbaycan təmsilçiləri qazanıblar. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar. Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Ən ağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq, 3-cü yeri tutub. Beləliklə, millimiz 1 gümüş və 4 bürünc medalla ümum komanda hesabında 6-cı yeri tutub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticəni göstərib.