Britaniyalı yenə dava saldı

Britaniyalı yenə dava saldı

Britaniyalı ağır çəkili boksçu Derek Çisora növbəti dəfə qalmaqal yaradıb. O, iyulun 20-də Londonda amerikalı boksçu Malik Skottla döyüşəcək. Bu münasibətlə keçirilən mətbuat konfransında Çisora rəqibini təhqir edib, onu qula çevirəcəyini deyib. "İyulun 20-də mən sənə göstərəcəyəm. Sən boks dünyasında heç kimsən, sadəcə, sənin köməyinlə mən çoxlu pul qazanacağam ",- deyə Çisora mətbuat konfransında bildirib. Onun rəqibi Malik Skott Çisoradan qorxmadığını, britaniyalı boksçunun "qanmaz” olduğunu deyib.
Xatırladaq ki, Derek Çisora ukraynalı dünya çempionu Vitali Kliçko ilə döyüşdən əvvəl də qalmaqal salmışdı. O, Kliçkonun sifətinə sillə vurmuş, rinqə çıxmazdan bir neçə dəqiqə qabaq isə onun üzünə tüpürmüşdü. Həmin döyüşdən sonra keçirilən mətbuat konfransında isə, Çisora öz həmyerlisi Devid Hey ilə dalaşmışdı.