Çexiyada keçirilən boks üzrə Usti-nad-Labem Qran-Prisində dörddəbir final mərhələsinə yekun vurulub. Yarışa dörd idmançı ilə qatılan Azərbaycan millisinin iki üzvü yarımfinala vəsiqə əldə edib. Vaqif Şirinovun yetirmələri Lorenzo Sotomayor (69 kq) avstriyalı Marsel Rumpleri, Alfonso Dominqes (81 kq) isə türkiyəli Bayram Malkanı məğlub edərək yarımfinalda iştirak hüququ qazanıblar.
Digər boksçularımız Elvin Məmişzadə (52 kq) macarıstanlı Martin Virbana, Sərxan Əliyev (63 kq) isə braziliyalı Vanders Oliveyraya məğlub olub.
Yarımfinal mərhələsinin görüşləri mayın 24-də, final döyüşləri isə ertəsi gün təşkil ediləcək.