Rinq ustaları Minsk-2019-a Özbəkistanda hazırlaşırlar

Rinq ustaları Minsk-2019-a Özbəkistanda hazırlaşırlar


Kişi boksçulardan ibarət Azərbaycan yığması Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışında iştirak edir.
Təlim-məşq toplanışının təşkil olunmasında əsas məqsəd Belarusun paytaxtı Minskdə baş tutacaq ikinci Avropa Oyunlarına hazırlığın sonuncu mərhələsini keçməkdir.
Komandamızın Anqren toplanışı 15 gün davam edəcək. Baş məşqçi Vaqif Şirinov, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında keçən hazırlıq prosesində 11 dəri əlcək ustası iştirak edir.
Millimiz toplanışı Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə keçir.
Qeyd edək ki, ikinci Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.