Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə 42 yaşlı keçmiş dünya çempionu Ceyms Peyc ABŞ ərazisindəki 6 bankı qarət etməkdə ittiham edilir.ABŞ mətbuatının yazdığına görə, iyunun 27-də bu işlə bağlı məhkəmə iclası Oklend şəhərində keçiriləcək. Mənbələr məlumat verirlər ki, 66 və 68 kq çəki dərəcəsində çıxış edən Ceyms Peyc bu il martın 6-8-də 6 bankdan 17 mln 796 min dollar pul oğurlayıb. Onun hətta 8 bankı qarət etdiyi bildirilir. Amma boksçunun hələlik bu banklardan ikisindən oğurluq etdiyi barədə dəqiq faktlar aşkarlanmayıb.
Xatırladaq ki, Peyc bundan əvvəl də analoji cinayətə görə - 2001-ci ildə törətdiyi oğurluğa görə, 11 il həbsdə yatıb. O, dünya çempionu adını 1998-ci ildə rusiyalı Andrey Pestryayevlə görüşdə alıb. Amerikalı boksçu rəqibini ikinci raundda nokauta salmışdı. Ceyms Peyc 3 dəfə öz titulunu mühafizə edə bilib. Ancaq 2000-ci ildə döyüşdən imtina etdiyinə görə titulu əlindən alınıb.