Minsk-2019: Boksçumuz erməni idmançıya qalib gələrək 1/4 finala yüksəldi

Minsk-2019: Boksçumuz erməni idmançıya qalib gələrək 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Rüfət Hüseynov II Avropa Oyunlarına qələbə ilə başlayıb. 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov ilk görüşündə İsraili təmsil edən əslən erməni David Alaverdyanla qarşılaşıb. Rüfət rəqibinə heç bir şans verməyib - 4:0. Boksçumuz bu qələbə ilə 1/4 finala vəsiqə qazanıb.