Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib.
64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov ilk döyüşünü keçirib.
Boksçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Onun "Uruçye Arena”dakı rəqibi hollandiyalı Enriko Lakruz olub. B.Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını başa vurub.