Olimpiya mükafatçımız da mübarizəni dayandırdı

Olimpiya mükafatçımız da mübarizəni dayandırdı


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Üçüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz bu mərhələdə irlandiyalı Maykl Nevinlə qarşılaşıb. Təəssüf ki, boksçumuz bu döyüşdən məğlub ayrılaraq, mübarizəni dayandırıb.