İyunun 24-də Minsk-2019-un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.
Boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.
Məsud Yusifzadə (52 kq) səkkizdəbir finalda ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.