Boksçumuz Minskdə növbəti qələbəsini bu cür qeyd etdi

Boksçumuz Minskdə növbəti qələbəsini bu cür qeyd etdi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
Bu gün "Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb və rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da II Avropa Oyunlarının azı bürünc medalını təmin edib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.