Minsk-2019: boksda ilk medal

Minsk-2019: boksda ilk medal

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında boks yarışları davam edir.
"Uruçye Arena”da 1/2 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor növbəti döyüşünə çıxıb. 69 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.
Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.