İyunun 29-da - "Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan boksçusu Loren Alfonso Domingez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb.
Oyunlarda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittaker ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gələn boksçumuz "Minsk 2019”da komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.