Vüqar Əzimov növbəti dəfə dünya çempionu adını qazanıb

Vüqar Əzimov növbəti dəfə dünya çempionu adını qazanıb


Antalyada döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.
Dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.
On dörd ölkədən idmançıların qatıldığı mundialda 90 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı V.Əzimov qızıl medal qazanıb. Təmsilçimiz Qazaxıstan, Rusiya və Özbəkistandan olan rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.