Milli komandanın baş məşqçisi istefa verdi

Milli komandanın baş məşqçisi istefa verdi


Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, bunu səhhəti ilə əlaqələndirib.V.Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxıb qərar verəcək.Qeyd edək ki, V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bunadək son 2 ildə gənclərdən ibarət millimizi çalışdırıb.