Batumi-2019 beynəlxalq turnirində yüksək nəticə

Batumi-2019 beynəlxalq turnirində yüksək nəticə

Gürcüstanın Batumi şəhərində Azərbaycan boksçularının da iştirak etdiyi yeniyetmə və kadetlər arasında Batumi-2019 beynəlxalq turniri keçirilib.
Yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin və "Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil ediblər.
Turnirdə boksçularımız 14 qızıl, 3 gümüş,4 bürünc medal qazanaraq komanda hesabında fəxri kürsünün ilk pilləsində qərarlaşıblar və Batumi-2019 kubokuna layiq görülüblər. Yarışda öz çəkisindən ağır, 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn boksçumuz Amin Məmmədzadə (36 kiloqram) qızıl medalla yanaşı, həm də turnirin ən texnikali boksçusu adını qazanıb.