Kliçko-Povetkin qarşılaşması baş tutacaqmı?

Kliçko-Povetkin qarşılaşması baş tutacaqmı?

Ümumdünya Boks Assosiasiyası (WBA) İBF, WBA, WBO və İBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko və WBA versiyası üzrə müntəzəm dünya çempionu Aleksandr Povetkin arasında qarşılaşma keçirilməsini təsdiqləyib. Qeyd edək ki, Ukrayna və Rusiya boksçuları bu barədə bir neçə həftə bundan əvvəl razılığa gəlmişdilər. Çox güman ki, WBA-nın adıçəkilən görüş barədə rəsmi razılığı buyaxınlarda veriləcək.
Xatırladaq ki, Kliçko-Povetkin döyüşünün oktyabrın 5-də Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilməsi planlaşdırılır. Döyüşün mükafat fondu 23 milyon ABŞ dolları təşkil edir ki, bunun 17 milyonu Kliçkoya, qalanı isə rusiyalı boksçuya çatacaq.