Puertorikalı boksçu Subriel Matias rinqdə həyatını dəyişən rusiyalı boksçu Maksim Dadaşevlə döyüşə görə payına düşən 75 min dollar vəsaitdən imtina edib. Xatırladaq ki, Maksim Dadaşev iyulun 23-də keçirilən qarşılaşmada beyninə qan sızdığı üçün həyatını itirib. Həkimlər onun insultdan keçindiyini deyiblər.
"Mən bu qəbzi istəmirəm. Qoy, mərhumun ailəsinə verilsin”, - deyə Subriel Matias deyib.
Məlumat üçün bildirək ki, 28 yaşlı mərhum boksçunun azarkeşləri "GoFindMe” servis xidməti vasitəsilə Dadaşevin ailəsi üçün yardım toplayır. Onun 2 yaşlı oğlu qalıb.