Milli Olimpiya Komitəsində görüş keçirilib

Milli Olimpiya Komitəsində görüş keçirilib

Sentyabrın 13-də İndoneziyanın ölkəmizdə səfərdə olan idman nümayəndə heyəti ilə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyi arasında görüş keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un İdman idarəsinin rəisi Həsənağa Rzayev, MOK-un Beynəlxalq Əlaqələr idarəsinin rəisi Anar Bağırov, İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktoru Sandi Suvardi Hasan, həmçinin qurumun digər rəsmiləri Hermina Purbasari, Dian Haerani, Melati Vemon və Mutiara Nadya Habibita iştirak edib. Görüşdə "Pencak silat: Olimpiadaya gedən yol” mövzusunda müzakirələr aparılıb.
Görüş çərçivəsində qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, pencak silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib. Sonda tərəflər biri-birlərinə xatirə hədiyyələri təqdim ediblər.