OCEP proqramının qalib məktəbliləri ilə səfər qabağı görüş keçirilib

OCEP proqramının qalib məktəbliləri ilə səfər qabağı görüş keçirilib

Oktyabrın 15-də Milli Olimpiya Komitəsində (MOK) Olimpiya Mədəniyyəti və Təhsil proqramının "Ən fəal” və "Fəal” məktəbləri kateqoriyasında qalib gəlmiş məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib. Tədbirdə Yunanıstana səfər edəcək iştirakçılara Olimpiya və Qəbələ haqqında ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb.
Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşrlər departamentinin rəhbəri Cəmaləddin Rəhmanov iştirakçıları təbrik edib. OCEP-in əhəmiyyətindən danışan C.Rəhmanov layihənin ilk dəfə olaraq Azərbaycanda keçirildiyini bildirib. O, Beynəlxalq Olimpiya Akademiyasında məktəblilərin keçəcəyi təcrübənin gələcəkdə onların idmana qarşı marağını bir daha artıracağını qeyd edib.
Daha sonra deleqasiyanın rəhbəri Ceyhun Rəhmanov məktəblərin nümayəndələrini Yunanıstana səfər və digər məsələlər barədə məlumatlandırıb. MOK-un mətbuat katibi Əzizə İsmayılova məktəblilərə Yunanıstan və xüsusilə Beynəlxalq Olimpiya Akademiyası haqqında ətraflı məlumat verib. Sonra MOK-un əməkdaşı Səfər Məmmədov səfər zamanı iştirakçıların sosial mediadan istifadəsindən danışıb.