Futbolçular spirtli içkinin qurbanı oldular

Futbolçular spirtli içkinin qurbanı oldular

İngiltərənin ikinci divizionunda çıxış edən «Derbi Kaunti»nin futbolçuları Tom Lourens və Meyson Bennet məhkəmənin qərarı ilə 180 saatlıq icbari iş alıb. «Quardian» nəşrinin yaydığı xəbərdə bildirilir ki, həmin futbolçular sərxoş halda avtomobili idarə edərək yol hərəkəti qaydaların kobud şəkildə pozub. Məhkəmə eyni zamanda onları iki illik müddətə sürücülük vəsiqəsindən məhrum edib. «Derbi Kaunti» rəhbərliyi isə Lourens və Bennetin 6 həfətlik maaş müqabilində cərimə edib.