"Liverpul"un futbolçu "Ginnesin rekordlar kitabı"nda

"Liverpul"un futbolçu "Ginnesin rekordlar kitabı"nda


"Liverpul"un futbolçusu Trent Aleksandr-Arnold "Ginnesin rekordlar kitabı"na düşüb. İngiltərə millisinin üzvü Premyer Liqada müdafiəçilər arasında qol ötürməsi ilə rekord müəyyənləşdirib. Ötən mövsüm 12 məhsuldar ötürmə edən futbolçu "Everton»un oyunçuları Endi Hinçkliff (1994/95) və Leyton Beynsin (2010/11) rekordunu yeniləyib.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.