“Biz hər zaman Çempionlar Liqasının qalibi olmaq barəsində düşünürük”

“Biz hər zaman Çempionlar Liqasının qalibi olmaq barəsində düşünürük”

"Barselona”nın hücümçusu Leonel Messi klubun qarşıdakı hədəflərindən danışıb. "Çempionlar Liqası bizim üçün ən yüksək nailiyyətdir. Biz hər zaman qitənin ən nüfuzlu turnirində
qələbə qazanmaq istəyirik. Bununla yanaşı, La Liqanın da önəmli olduğunu bilirik. Çünki bu tunir bizə Çempionlar Liqasında və İspaniya Kubokunda rəqiblərimizə qarşı mübarizə aparmağa əlavə güc verir. Təbii ki, həm ölkə çempionatında, həm də Çempionlar Liqasında uğur qazanmaq olduqca çətindir.
Qeyd etdiyim kimi, biz hər zaman Çempionlar Liqasının qalibi olmaq barəsində düşünürük. Lakin bununla yanaşı, La Liqa və İspaniya Kubokunu da unutmamalıyıq”- deyə Messi vurğulayıb.