“Real”ın uelsli hücumçusu “Qalatasaray”la oyunda iştirak etməyəcək

“Real”ın uelsli hücumçusu “Qalatasaray”la oyunda iştirak etməyəcək

"Real”ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray”a qarşı keçirəcəkləri səfər oyununu buraxa bilər. Buna səbəb uelsli yarımmüdafiəçinin Avropa çempionatinin seçmə mərhələsinə Xorvatiya ilə matç zamanı zədələnməsidir. La Liqada "Malyarko” ilə görüşdə iştirak etməyəcəyi dəqiqləşən Beylin İstanbul klubu ilə oyuna kimi də hazır olmayacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray” - "Real” qarşılaşması oktyabr 22-i Bakı vaxtı ilə 23:00-da start götürəcək.