MLS-də ən çox forması satılan futbolçu

MLS-də ən çox forması satılan futbolçu


ABŞ çempionatı MLS-də iştirak edən futbolçulardan forması ən çox satılanların adları açıqlanıb. Forması ən çox satılan "Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviçdir. Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. İsveçli hücumçudan sonra "Atlanta Yunayted”in futbolçusu Josef Martinesin və "Los Anceles”dən Karlos Velanın forması ən çox satılır. "İlk beşliy”in son sıralamasında isə "Di-Si Yunayted”dən Ueyn Runi, "Çikaqo Fayr”dan Bastian Şvaynştayger yer alıb.