Peres, Maurinyonun “Real”a qayıtmasını istəyir

 Peres, Maurinyonun “Real”a qayıtmasını istəyir

"Real Madrid” klubunun keçmiş məşqçisi Joze Maurinyo, yenidən komandaya başçılıq edə bilər. "Kral klubunun” hazırki baş məşqçisi Zinədin Zidanın istefaya yollanmaq ehtimalı var. Florentino Peres, Maurinyo ilə əlaqə saxlayaraq, onun yenidən "Real”a məşqçilik etmək fikrinə münasibətini öyrənib. Xatırladaq ki, "Kral klubu” İspaniya çempionatında "Malyorka” komandasına (0:1) hesabı ilə məğlub olub. Doqquz oyundan hesabına 18 xal yazdıran komanda, ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Mancester Yunayted”dən istefa verdikdən sonra məşqçi heçbir komanda ilə çalışmır.