“Qarabağ”ın oyunu slvakiyalı hakimlərə tapşırıldı

“Qarabağ”ın oyunu slvakiyalı hakimlərə tapşırıldı


Oktyabrın 24-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Qarabağ”- APOEL (Kipr) matçının hakim təyinatları açıqlanıb. Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - APOEL görüşü saat 20:55-də başlayacaq.
A qrupunun digər oyununda Lüksemburqun "Düdelanj” klubu öz meydanında İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. İki turdan sonra aktivində 6 xal olan "Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb. Üç xalı olan "Qarabağ” və "Düdelanj” 2-3-cü yerləri bölüşürlər. APOEL isə sıfır xalla dördüncü yerdə qərarlaşıb.