Amsterdam çox narahatdır

Amsterdam çox narahatdır

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün "Ayaks” "Çelsi”ni qəbul edəcək. Matçdan 6 saat əvvəl görüşün keçiriləcəyi Amsterdam şəhərinin mərkəzi küçələrində və stadiona yaxın ərazilərdə spirtli içkilərin satışı qadağan olunacaq. Holland və ingilis azarkeşlər arasında baş verə biləcək insidentin qarşısını almaq üçün bu cür qərar verilib. Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.