Ramos Karlosu bir addım qabaqladı

Ramos Karlosu bir addım qabaqladı

Çempionlar Liqasının qrup mərhələsində ötən gün keçirilən "Qalatasaray” - "Real” oyunu qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub. İstanbuldakı görüş ispaniyalı müdafiəçinin ÇL-də 121-ci matçı olub. 33 yaşlı futbolçu bununla qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçi olub. Qeyd edək ki, indiyə qədər bu rekord Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Roberto Karlosa məxsus idi - 120.