UEFA-dan yeni qərar

UEFA-dan yeni qərar

Yeniliklər 2021/22 mövsümündən başlayaraq qüvvəyə minəcək. Məhdudiyyət 22 yaşdan aşağı futbolçuların, həmçinin onlardan böyüklərin ölkə xaricinə keçidlərinə şamil ediləcək. Hər klub 8 belə futbolçunu icarəyə verə və ya götürə bilər. 2022/23 mövsümündən şərtlər daha da sərtləşəcək. Hər kluba 6 icarə haqqı veriləcək. Üstəlik, iki komanda arasında maksimum 3 icarə əsaslı keçid mümkün olacaq.Bundan başqa, futbol agentlərinin qazancına da məhdudiyyət qoyulub. Onlar transferdən maksimum 10, mükafatlardan 3 faiz ala biləcəklər.