Milli komandamız elit-raundda

Milli komandamız elit-raundda

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit raunduna vəsiqəni təmin edib. Komandamız bu uğura çempionatın Bakıda təşkil olunan əsas mərhələsinin üçüncü qrupunda ardıcıl 2 qələbə qazanmaqla nail olub. Millimiz Moldovaya 3:1, Monteneqroya isə 3:2 hesabı ilə qalib gəlib. Amma oktyabrın 26-da Slovakiya ilə keçiriləcək sonuncu qarşılaşma əhəmiyyətini itirməyib. Qrup qalibi olmaq üçün futzalçılarımıza mütləq qələbə qazanmaq lazımdır. Çünki elit-raundda qrupun tərkibini müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vurmaq həlledici rol oynayacaq.