Messi Ronaldonu geridə qoydu

Messi Ronaldonu geridə qoydu

"Barselona”nın kapitanı Lionel Messi klub karyerasında qol sayına görə "Yuventus”un hücumçusu Kriştiano Ronaldonu qabaqlayıb.
32 yaşlı argentinalı hücumçu buna La Liqanın 11-ci turunda "Valyadolid”ə 5:1 hesabı ilə qalib gəldikləri görüşdə nail olub.
Oyunda 2 qol və 2 məhsuldar ötürmə edən argentinalı hücumçu klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. L.Messi bu nəticəyə 695 görüşdə nail olub. K.Ronaldo isə 813 oyunda 606 dəfə fərqlənib.
Messi orta hesabla hər oyunda 0,87, Ronaldo isə 0,75 qol vurub.
Qeyd edək ki, argentinalı hücumçu cari mövsümdə Kataloniya klubunun heyətində iştirak etdiyi 8 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.