“Lokomotiv” – “Yuventus” oyunu azərbaycanlı hakimlərə həvalə olunub

“Lokomotiv” – “Yuventus” oyunu azərbaycanlı hakimlərə həvalə olunub

FIFA referisi Rauf Cabarov təyinat alıb.
O, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək "Lokomotiv” (Moskva, Rusiya) – "Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcəklər.
Matç noyabrın 6-da Moskvada təşkil olunacaq.