Çempiondan xal itkisi

Çempiondan xal itkisi

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub.
Turun sonuncu görüşündə "Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda "Zirə”ni qəbul edib.
Görüşdə hesabı "Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra - 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib.
Qarşılaşma bu hesabla başa çatıb.
"Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, "Zirə” isə 11 xalla 6-cı yerdə qərarlaşıb.