“El Klasiko”nun saatı dəqiqləşdi

“El Klasiko”nun saatı dəqiqləşdi

İspaniya çempionatının X turundan təxirə salınan "Barselona”–"Real Madrid” görüşünün saatı açıqlanıb.
Dekabrın 18-nə təyin olunan "El Klasiko” Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınıb.