Azərbaycan-Uels oyununun hakimləri bilindi

Azərbaycan-Uels oyununun hakimləri bilindi

Futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Uels oyununa hakim təyinatları açıqlanıb.
Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deniz Aytekin olacaq. Ona Eduard Beitinqer və Rafael Foltyn kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Kristian Dingert yerinə yetirəcək.
Azərbaycan-Uels oyunu noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək.