Millimiz hazırlığını Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək

Millimiz hazırlığını Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışının Bakı Boks Mərkəzində keçirilən ilkin mərhələsi başa çatıb. Baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Abşeron Olimpiya İdman Kompleksində davam etdirir. Buradakı hazırlıq prosesinə dekabrın 9-da start verilib. Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.
Təlim-məşq toplanışına dekabrın 27-də yekun vurulacaq.