Boks döyüşündən sonra 18 nəfər həlak oldu

Boks döyüşündən sonra 18 nəfər həlak oldu

İndoneziyanın şərqində boks döyüşündən sonra 18 nəfər həlak olub. Nabir şəhərində təşkil edilən döyüşdən sonra hakim qalibin adını açıqlayıb. Elə dava da bundan sonra baş verib. Azarkeşlər rinqə stul atmağa başlayıblar və dava qızışıb. Nəticədə, 18 nəfər həlak olub. İndoneziya mətbuatının yazdığına görə, həlak olanlardan çoxu qadınlardır.
Qeyd edək ki, 1,5 min tamaşaçının iştirak etdiyi yarışda 40 nəfər də xəsarət alıb.