Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord

İspaniyanın "Barselona” futbol klubunun hücumçusu Ansu Fati UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliyanın "İnter” komandasını məğlub etdikləri (2:1) matçda rekord müəyyənləşdirib.
Afrikalı hücumçu görüşün 85-ci dəqiqəsində Karles Perezlə əvəzlənib. Cəmi bir dəqiqə sonra fərqlənən A.Fati 17 yaş 40 günlüyündə UEFA Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu olub.
Əvvəlki rekord "Russenborq”un futbolçusu Peter Ofori-Qeyeyə aid idi. O, qitənin ən nüfuzlu turnirində 17 yaş 195 günlüyündə fərqlənib.
A.Fati cari mövsümdə "Barselona”nın heyətində keçirdiyi 12 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.